Yəmənli "husilər" İsrailə qarşı həyata keçirilən hücumun məsuliyyətini öz üzərlərinə götürüblər
Yəmənli "husilər" İsrailə qarşı həyata keçirilən hücumun məsuliyyətini öz üzərlərinə götürüblər

Yəmənli “husilər” İsrailə qarşı həyata keçirilən hücumun məsuliyyətini öz üzərlərinə götürüblər. Bu barədə “Associated Press” məlumat yayır.

Medianın məlumatına görə, bu, Yaxın Şərqdə müharibənin başlanmasından sonra onların həyata keçirdiyi ilk hücumdur.

Yəmənli “husilər”in hərbi sözçüsü, briqada generalı Yəhya Sarrinin bildirdiyinə görə, onlar İsrailin cənubunda yerləşən “həssas hərbi obyektlərə” ballistik raketlər atıblar.

İsrail hərbçiləri isə bildirib ki, raketləri vurublar.

Hücumdan bir neçə saat əvvəl Yəhya Sarri bəyanatda Yəmənli “husilər”in müharibəyə qoşulacağına işarə etdi, bu da medianın məlumatına görə, bu, regionu şoka salıb və qlobal iqtisadiyyatı sarsıdıb.