Yəmənli “husilər” İsrail istiqamətinə ballistik raket atıblar
Yəmənli “husilər” İsrail istiqamətinə ballistik raket atıblar.
“Husilər”in bildirdiyinə görə, raket hücumunun hədəfi Ben Qurion hava limanı olub və əməliyyat uğurla məqsədinə çatıb.
Bəyanata əsasən, əməliyyat çərçivəsində Yəmənin silahlı qüvvələri Amerika təcavüzünün Yəmənin Fələstinə dəstək verməsinin qarşısını almaqda uğursuzluğunu təsdiqləyib.
“Husilər” Qəzzaya təcavüz dayandırılana qədər İsrailə qarşı əməliyyatları davam etdirəcəklərini bildirirlər.
İsrail Müdafiə Qüvvələri İsrailə qarşı raket atıldığını təsdiqləyib. İsrail Yəməndən atılan raketin İsrail hava məkanına daxil olmamışdan əvvəl müvəffəqiyyətlə neytrallaşdığını bildirib. İsrailin mərkəzi bölgələrində həyəcan siqnalı eşidilirdi.