Yelisey Sarayının məlumatına görə, Emmanuel Makron Donald Trampla danışıb
Ötən gecə Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla danışıb. Bu barədə “The Guardian”a Yelisey sarayının nümayəndəsi bildirib.
“The Guardian”nın yazdığına görə, telefon danışığı zamanı liderlər Ukraynada davam edən müharibəni və İran məsələsini, həmçinin ABŞ ilə Avropa İttifaqı arasında davam edən ticarət danışıqlarını müzakirə ediblər.