Yazıçı Salman Rüşdi Nyu York Universitetində çıxışı zamanı hücuma məruz qalıb
Yazıçı Salman Rüşdi Nyu York universitetində çıxışı zamanı hücuma məruz qalıb.
Yayılan məlumatlarda bildirilir ki, Buker mükafatının laureatı universitetdə mühazirə oxumalı imiş, bu zaman naməlum şəxs səhnəyə daxil olaraq soyuq silahla ona xəsarət yetirib. Yazıçı helikopterlə xəstəxanaya aparılıb. Hücumçunu isə salondakılar saxlayıblar.
“BBC” Salman Rüşdinin Məhəmməd peyğəmbərin həyatından bəhs edən dördüncü romanı, “Şeytani ayələr”nin müsəlman dünyası tərəfindən küfr kimi qəbul edildiyini yazır.