Yayımçıda maliyyə problemi haqqında istənilən bəyanat əsassız və məsuliyyətsizdir
İctimai Yayımçının maliyyə durumu haqqında son günlər ərzində yayılan əsassız, məsuliyyətsiz və düzgün olmayan bəyanatlara əks səda vermək istəyirik.
Ayrıca şəxslər və təşkilatlar çalışırlar ki, vəziyyəti drama çevirsinlər və o cür göstərsinlər ki, sanki Yayımçı hansısa növ məlumatı gizlədir və maliyyə problemlərinə görə borc götürür.
Faktı xüsusilə qeyd etmək istəyirik ki, İctimai Yayımçı Gürcüstanda yeganə maliyyə baxımından şəffaf televiziyadır və onun tərəfindən xərclənən hər bir lariyə Qəyyumlar Şurası, Gürcüstan parlamenti, Dövlət Audit Xidməti nəzarət edir.
Televizyanın ağır durumunun yaxşılaşdırılması üçün, menecment texnikanın yeniləşdirilməsi planını işləyib hazırladı. Bunun da həyata keçirilməsi yalnız kredit resursu ilə mümkündür, çünki bu həcmdə məbləğin bir dəfəyə ödənilməsi nəinki İctimai Yayımçı üçün, halbuki istənilən başqa televiziya üçün mümkün deyil. Texnikanın yeniləşdirilməsi təxminən 45 milyona başa gəlir və bu məbləğin cəlb olunması üçün maliyyə institutları ilə danışıqlar aparılır.
İctimai Yayımçının menecmenti Qəyyumlar Şurasına borcun götürülməsi, onun məqsədyönlülüyü və ödənilməsi sxemini təklif etdi ki, danışıqların başlanılmasına razılıq verilsin. Müvafiq olaraq təfərrüatlı sxem, tender sənədləri, maliyyələşdirmə sxemi, borcun parametrləri – müddəti, faiz dərəcəsi və bütün detallar yalnız Qəyyumlar Şurasının razılığı olduqdan sonra işlənib hazırlanmalıdır. Bu mərhələdə sənəd hazırlanma prossesindədir və başa çatmış formada mövcud deyil.
Qeyd olunasıdır ki, danışıqların aparıldığı maliyyə institutları İctimai Yayımçının maliyyə durumunu öyrənirlər, riskləri dəyərləndirirlər və maliyyə probleminin olduğu təqdirdə, borc verilməyəcək.
Bundan irəli gələrək, İctimai yayımçı:
- Maliyyə Nazirliyinin razılığı olmadan borc götürə bilməz;
- Qəyyumlar Şurasının razılığı olmadan borc götürə bilməz;
- Maliyyə İnstitutuna təqdim ediləsi detallı plan olmadan borc götürə bilməz;
- Götürülmüş borcun irəlcədən müəyyənləşdirilmiş məqsədyönlülüyü olmadan bir tetri xərcləyə bilməz;
- Borcla alınan texnika borcun təmin edilməsi məqsədi ilə qoyulmalıdır.
Müvafiq olaraq, fikirlər və şübhələr ki, İctimai Yayımçı borcu başqa məqsədlə götürür, əsassız, məsuliyyətsiz və qeyri ciddidir. Elə burada açıqlamaq istəyirik ki, həmçinin televizyanın yeni binasının layihələşdirilməsi prossesi, paralel olaraq İctimai Yayımçının mülkiyyətində olan əmlakın satılması fəal həyata keçirilir. Buradan əldə olunan gəlir ilə, Politkovskaya küçəsində televizyanın yeni binasının inşası tamamilə maliyyələşdiriləcəkdir. İctimai Yayımçının mövcudluğu ərzində ilk dəfə olaraq təşkilatın tam infrastruktur və texniki yeniləşdirilməsi baş verəcək.
İctimai Yayımçı prosses ilə maraqlanan bütün təşkilatları yayılan məlumatın əsaslığını yoxlamağa və bundan sonra ədalətli qərar verməyə doğru çağırır.