Yayılan məlumata görə, “HƏMAS” qruplaşmasının hərbi komandiri İz əl-Din əl-Hədad zərərsizləşdirilib
“HƏMAS” qruplaşmasının hərbi komandiri İzz əl-Din əl-Hədad zərərsizləşdirilib. Bu barədə məlumat Qəzza zolağında yerləşən bir neçə məsciddən yayılıb.
Bununla yanaşı, əl-Hədadın ölümünü qruplaşmanın yüksək vəzifəli nümayəndələrindən biri “Reuters”ə təsdiqləyib.
Medianın məlumatına görə, 15 mayda İsrail Qəzzanın Rimal bölgəsində “HƏMAS” liderinə hava hücumu həyata keçirildiyini bildirib, lakin onun zərərsizləşdirilməsi ilə bağlı məlumat həmin vaxt təsdiqlənməmişdi.
Hücumdan bir neçə dəqiqə sonra İsrailin Baş naziri Benyamun Netanyahu və Müdafiə naziri İsrael Kats Həddadın ləğv edilməsi barədə əmri özlərinin verdiyini bəyan ediblər. Onların sözlərinə görə, əl-Həddad “HƏMAS”ın hərbi qanadının komandiri və 7 oktyabr “qırğınının əsas memarlarından biri” olub.