Yay mövsümü ilə əlaqədar olaraq Beşumi kurortu və Omalo kəndində əlavə yanğınsöndürən-xilasedici qüvvələr yerləşdirilib

11:54, 05.07.2026

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti yay mövsümü ilə əlaqədar olaraq Beşumi kurortu və Omalo kəndində əlavə yanğınsöndürən-xilasedici qüvvələr yerləşdirib. Bu barədə məlumatı DİN-in Fövqəladə Halların İdarə Edilməsi Xidməti yayır.

“Monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə, sözügedən turizm zonalarında canlı qüvvə, dronlar və müvafiq xüsusi texnika səfərbər edilib.

Fövqəladə Halların İdarə Edilməsi Xidməti əhalini və istirahət edənləri təhlükəsizlik qaydalarına əməl etməyə, tüstülənmə və ya yanğın müşahidə etdikdə isə dərhal “112” İctimai Təhlükəsizliyin İdarə Edilməsi Mərkəzinə məlumat verməyə çağırır“, – Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatında qeyd edilib.

Oxşar