Yaponiyada növbədənkənar parlament seçkilərində Baş nazir Sanae Takaiçinin Liberal - Demokrat Partiyası qalib gəlib
Yaponiyada növbədənkənar parlament seçkilərində Baş nazir Sanae Takaiçinin Liberal – Demokrat Partiyası qalib gəlib.
Takaiçinin partiyası 465 üzvdən ibarət aşağı palatada 352 yer qazanaraq Liberal Demokrat Partiyasına çoxluq təmin edib.
Yaponiyalıları seçkilərdən əvvəl bir neçə əsas məsələ narahat edirdi, bunlar isə yaşayış xərclərinin artması və milli təhlükəsizlik idi. “BBC”nin yazdığına görə, vətəndaşlar Takaiçinin rəhbərliyi ilə Liberal – Demokrat Partiyasının bu narahatlıqları həll edə biləcəyinə ümid edirlər.
Takaiçi Yaponiyanın ilk qadın lideridir. O, Baş nazir vəzifəsinə 21 oktyabr 2025-ci ildə təyin edilib.