Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir. Səsvermə məntəqələri səhər saat 07:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.
Sorğuya görə, Yaponiya Baş naziri Sanae Takaiçinin mühafizəkar koalisiyası aşağı palatadakı 465 yerdən 300-dən çoxunu qazana bilər.
Bununla yanaşı, güman edilir ki, güclü qar seçici fəallığına təsir göstərəcək.
Saat 11:00-a olan seçici fəallığı 7,17 faiz təşkil edib ki, bu da 2024-cü il seçkilərinin müvafiq dövrü ilə müqayisədə 3,26 faiz bəndi ilə azdır.
Yaponiya Baş naziri partiyasının səs çoxluğu qazana bilməməsi halında istefa verəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Yaponiya Baş naziri vəzifəsinə Sanae Takaiçi 2025-ci il oktyabrın 21-i seçilib.