Yaponiyada güclü qar 2 nəfərin ölümünə səbəb olub
Yaponiyada güclü qar 2 nəfərin ölümünə səbəb olub

Yaponiyanın qərbinə yağan güclü qar 2 nəfərin ölümünə səbəb olub, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ən acınacaqlı vəziyyət Hönsü adasındakı Fukui və İsikava prefekturalarında yaranıb. İsikavada 16 nəfər xəsarət alıb.

Hazırda ölkənin bir sıra rayonlarında qarın hündürlüyü 80 santimetrə çatıb. Nəqliyyatın hərəkəti iflic olub.

Hokkaydo adasında ümumi milli imtahanlar üzrə ali təhsil müəssisəsinə məktəb şağırdlərini polis işçiləri daşıyırlar.