Yaponiyada daşqın nəticəsində 6 nəfər həlak olub, 10 nəfər isə itkin düşmüş hesab olunur
Yaponiyada İşikava prefekturasında daşqın nəticəsində 6 nəfər həlak olub, 10 nəfər isə itkin düşmüş hesab olunur. Bu haqda məlumatı “BBC” yayır.
Vacima və Suzu şəhərlərində məcrasından çıxmış onlarla çay 100-dən çox yaşayış məntəqəsinə gedən yolları basıb. 4 000-ə yaxın insan elektrik enerjisiz qalıb. Bununla yanaşı, daşqın səbəbindən 40 000 insan təxliyyə edilib.
Yaponiyanın Meteorologiya Agentliyi qırmızı təhlükə səviyyəsi elan edib və əhalini ehtiyyatlı olmağa çağırıb.