Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib
Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə “Reuters” yazır.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ Yaponiyanın cənubundakı Kyushu bölgəsində yerli vaxtla saat 21:19-da baş verib. Zəlzələnin episentrinin olduğu Miyazaki prefekturasına sunami barədə xəbərdarlıq edilib.
Hələlik xəsarət alanlar və ya zərər barədə məlumat yayılmayıb.