Yaponiya səfirliyi – Yaponiya Gürcüstanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayır və mühüm tərəfdaş olan Gürcüstanla əməkdaşlığı davam etdirir
Tsxinvali/Cənubi Osetia və Abxazia regionlarında 2008-ci ilin avqust münaqişəsinin başlamasının 18-ci ildönümündə Yaponiyanın səfirliyi münaqişə qurbanlarına görə dərin hüznlə başsağlığı verir, – bu barədə Yaponiyanın Gürcüstandakı səfirliyinin yaydığı bəyanatda deyilib.
Bəyanatda qeyd edildiyi kimi, Yaponiya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirmək cəhdlərinə qarşı çıxır və Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayır.
“Səfirlik Gürcüstan miqyasında münaqişədən zərər çəkmiş bölgələrdəki humanitar vəziyyətdən narahatlığını ifadə edir və BMT Baş Assambleyası tərəfindən 3 iyun 2025-ci il tarixində qəbul edilmiş “Gürcüstanın Abxazia və Tsxinvali/Cənubi Osetia bölgələrindən olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnamənin tam şəkildə icra edilməsinin vacibliyini vurğulayır. Yaponiya qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamı qoruyub saxlamaq və gücləndirmək üçün mühüm tərəfdaş kimi Gürcüstanla əməkdaşlığı davam etdirəcək”, – Yaponiyanın səfirliyi tərəfindən dərc edilən bəyanatda deyilib.