Yaponiya dəyəri 320 milyard dollar olan yeni milli təhlükəsizlik planını açıqlayıb

12:11, 17.12.2022

 

Yaponiya müdafiə qabiliyyətini gücləndirmək üçün yeni milli təhlükəsizlik planını təqdim edib. “CNN”in məlumatına əsasən dəyəri 320 milyard dollar olan yeni plan üç istiqaməti – milli təhlükəsizlik, milli müdafiə strategiyası və müdafiə qüvvələrinin inkişafı planını birləşdirir.

“CNN”in yazdığı kimi, İkinci Dünya Müharibəsindən bəri bu, regional rəqiblərin artan təhdidləri fonunda zəruri olan Yaponiyanın ən böyük hərbi gücləndirilməsidir. Nəticədə ABŞ və Çindən sonra Yaponiya hərbi xərclərə görə dünyada üçüncü ölkə olacaq.

Yaponiyanın baş naziri Fumio Kişida Rusiyanın Çini Tayvana hücum etməyə təşviq edə biləcək presedent yaratdığını və bunun Yaponiyanın adalarını, eləcə də dəniz yollarını təhdid edə biləcəyini qeyd edib.

Oxşar