Yapon mediası - İran Yaponiya gəmilərinin Hörmüz boğazından keçməsinə kömək etməyə hazırdır
Yapon mediası - İran Yaponiya gəmilərinin Hörmüz boğazından keçməsinə kömək etməyə hazırdır

İran Yaponiya gəmilərinin Hörmüz boğazından keçməsinə kömək etməyə hazırdır. Bu barədə Xarici İşlər naziri Abbas Əraqçi Yapon nəşrinə bildirib.

Diplomatın sözlərinə görə, blokadanın müvəqqəti aradan qaldırılması ilə bağlı Yaponiya tərəfi ilə müzakirələr artıq başlayıb.

Yaponiya hökuməti nəşrə bildirir ki, blokadanın aradan qaldırılmasının ən effektiv yolu İranla birbaşa danışıqlardır.

Lakin Yaponiya tərəfi qeyd edir ki, ABŞ-ı təhrik etməmək üçün maksimum ehtiyatlı olmaq lazımdır.