Yanvarın 10-dan 13-dək Gürcüstanın bəzi bölgələrində vaxtaşırı yağıntılı hava gözlənilir

13:45, 09.01.2026

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava proqnozu ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, 10 yanvardan 13 yanvaradək Gürcüstanın bəzi bölgələrində vaxtaşırı yağıntılı hava gözlənilir.

” Tbilisidə hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +9, +11 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): bəzi yerlərdə yağış gözlənilir. Gündüz saatlarında havanın temperaturu +11, +13 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): yağmurlu keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +13, +15 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): yağmurlu keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +8, +10 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə qar yağacağı və qar fırtınası gözlənilir. Gündüz saatlarında havanın temperaturu +1, +3 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +9, +11 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): bəzi yerlərdə yağış gözlənilir. Gündüz saatlarında havanın temperaturu +8, +10 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə yağış gözlənilir. Gündüz saatlarında havanın temperaturu +4, +6 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qar yağacağı və qar fırtınası gözlənilir. Gündüz saatlarında havanın temperaturu -1, -3 dərəcə qeydə alınacaq”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.

 

Oxşar