Yanğınsöndürən-xilasedicilərin maaşlarının artıqılması planlaşdırılır
Yanğınsöndürən-xilasedicilərin maaşlarının artıqılması planlaşdırılır

Fövqəladə Hallar İdarəsi Xidmətində yenidəntəşkil bütün ölkə miqyasında həyata keçirilir, – bu barədə Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri, Giorgi Mğebrişvili Rustavidə, Yanğınsöndürən-Xilasedicilər Xidmətinin yeni binasının açılışında bəyan etdi.

Onun dediyinə görə, işdən heç bir əməkdaş azad olunmayıb. Mğebrişvilinin dediyinə görə, onlardan bəzisini kadrlar şöbəsinə keçirdilər.

“Yenilənmiş xidməti iki aya təqdim edəcəyik. Təqdimat olacaq. İşdən heç bir əməkdaş azad olunmayıb. Onlardan bəzisini kadrlar şöbəsinə keçirilib. Rotasiya-optimizasiya keçirilir. Azad olunmuş vəsaitlərlə yanğınsöndürən-xilasedicilərin əmək haqqlarının artırılmasını planlaşdırırıq. Əgər bir dəyişiklik olsa, bu menecmentə aid olacaq. Heç bir peşəkar yanğınsöndürən-xilasedici işini itirməyəcək”, – Giorgi Mğebrişvili bəyan etdi.

Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri, Giorgi Mğebrişvili Rustavidə, Yanğınsöndürən-Xilasedicilər Xidmətinin yeni binasını açdı. Burada 20-ə qədər yanğınsöndürən-xilasedici işləyəcək.