Yanğınsöndürən-xilasedicilər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində kimyəvi, bioloji, radioloji və nüvə hadisələrinə cavab vermə üzrə təlimdə iştirak ediblər
Yanğınsöndürən-xilasedicilər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində kimyəvi, bioloji, radioloji və nüvə hadisələrinə cavab vermə üzrə təlimdə iştirak ediblər

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “eNOVATION – Extended Network of CBRN Training Centres for Innovation” layihəsi çərçivəsində kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) hadisələrinə cavab vermə üzrə keçirilən tammiqyaslı üçgünlük sahə təlimində iştirak ediblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, təlim Rustavidə keçirilib və həm nəzəri, həm də praktik komponentləri əhatə edirdi.

“Təlimlərin məqsədi kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə reaksiya imkanlarının təkmilləşdirilməsi, həmçinin qurumlararası və beynəlxalq koordinasiyanın gücləndirilməsi olub.

Təlimdə Birləşmiş Krallıq, Belçika, Almaniya, Çexiya, İtaliya, İspaniya, Yunanıstan, Polşa, Slovakiya, Ukrayna və Özbəkistandan olan Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin, müxtəlif dövlət qurumlarının və beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

Sözügedən sahə təlimində həmçinin Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) reaksiya bölməsi də iştirak edirdi”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.