Yanğın səbəbindən Los-Anceles vilayətində 200 min insan elektrik enerjisiz qalıb
Los-Anceles vilayətində dörd yerdə baş vermiş yanğın səbəbi ilə 200 min insan elektrik enerjisiz qalıb. Xarici medianın məlumatına görə, yanğının yayılmasına bəzi yerlərdə sürəti saatda 110 kilometri keçən güclü külək kömək edir. Yanğının söndürülməsinə 1400-dən çox yanğınsöndürən göndərilib.
Ölkənin ən sıx məskunlaşdığı vilayətdə yanğın sürətlə yayılaraq evlərin dağılmasına səbəb olur.
Yanğın səbəbindən ştat rəhbərliyi Los-Anceles vilayətinin minlərlə sakininin təxliyəsini həyata keçirib.
Santa Monika dağları ilə Sakit okean arasında yerləşən Palisadede yanğın yanvarın 7-də baş verib. Yanğın sürətlə yayıldı və şəhərdə 10 kvadrat kilometrdən çox ərazini əhatə edib. Malibu şəhəri rəhbərliyi bildirib ki, yanğın sahil zonasına yayıldığı üçün bütün sakinlər sürətlə təxliyə üçün hazırlaşmalıdır.
Həmçinin yanvarın 7-də İtonda da yanğın baş verib və artıq 8 kvadrat kilometrəyə yayılıb. İtonda 52 min insan məcburi evakuasiyaya məruz qalıb. Harstda da yanğın baş verib. Amerika mediası yazır ki, yanğının baş verdiyi dördüncü yer Kaliforniyanın Riverside vilayətidir.