Yanğın səbəbindən bu gün fəaliyyətini dayandıran Londonun “Heathrow” hava limanı martın 22-dən etibarən uçuşları bərpa edəcək

21:48, 21.03.2025

London “Heathrow” hava limanı martın 22-dən uçuşları və tam fəaliyyətini bərpa edəcək.

Hava limanı administrasiyası sərnişinləri yalnız aviaşirkətdən uçuş haqqında dəqiq məlumat aldıqdan sonra hava limanına gəlməyə çağırır. Bu axşam da bir neçə reysin həyata keçirilməsi planlaşdırılır.

Yaxınlıqdakı elektrik stansiyasında baş verən yanğın səbəbindən hava limanının fəaliyyəti dayandırılıb. Genişmiqyaslı yanğın səbəbindən hava limanının enerji təchizatı kəsilib. Ərazidən vətəndaşların təxliyəsi həyata keçirilib.

Oxşar