Yaxın Şərqdə son vaxtlar yaşanan gərginlik fonunda, Omanda Amerika və İran tərəfləri arasında danışıqlar keçiriləcək
ABŞ və İran arasında son vaxtlar yaşanan gərginliyi aradan qaldırmaq üçün bu gün Omanda danışıqlar keçiriləcək. Bu barədə məlumatı “BBC” yayır.
Medianın məlumatına görə, ABŞ nümayəndə heyətinə Stiv Uitkoff və Cared Kuşner rəhbərlik edəcəklər. Danışıqlarda iştirak etmək üçün İranın xarici işlər naziri Abbas Əraqçi də Omana yola düşür.
“BBC-nin yazdığına görə, Vaşinqtonun istəyi İranın Hörmüz boğazının açıq olduğunu açıq şəkildə bəyan etməsi və kommersiya gəmilərinə atəş açmağı dayandıracağına dair söz verməsidir.
ABŞ mediası anonim mənbələrə istinadən xəbər verir ki, Tehran şəxsi danışıqlarda Donald Trampın müşavirlərinə Hörmüz boğazında baş vermiş hadisənin – gəmiyə atəş açılmasının – bir səhv olduğunu bildirib. İran məsuliyyəti daha sərt siyasət yürütməyin tərəfdarı olan və danışıqları pozmağa çalışan İran qruplaşmalarından birinin üzərinə yükləyir.
Medianın məlumatına görə, Vaşinqton İranın öz səhvini açıq şəkildə etiraf etməsini istəyir.