Yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında hava şəraiti yağışlı olacaq
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Tbilisidə avqustun 5-6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, avqustun 7-də gündüz saatlarında şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağa bilər, şimal-qərb küləyi əsəcək, sürəti 10-15 m/s , avqustun 7-8-də şəhərin ətraf ərazilərində vaxtaşırı küləyin sürəti 18-20 m/s-dək güclənə bilər. Havanın temperaturu +32+34 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) avqustun 5-6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-8-də isə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) avqustun 5-8-də şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu +31, +33 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) avqustun 5-8-də şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, havanın temperaturu +28, +33 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) avqustun 5-8-də şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, havanın temperaturu +25, +33 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) vaxtaşırı qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, qərb küləyi əsəcək, sürəti 10-15 m/s, avqustun 7-8-də bəzi yerlərdə güclü olacaq, sürəti 17-22 m/s . Havanın temperaturu gündüz saatlarında +32, +35 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) avqustun 5-6-da hava şəraiti əsasən yağmursuz olacaq, avqustun 7-8-də isə bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +33 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27,+32 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20,+25 dərəcə qeydə alınacaq.