Xorvatiya yanvarın 1-dən Şengen zonasına və Avrozonaya qoşulub
Xorvatiya yanvarın 1-dən Şengen zonasına və Avrozonaya qoşulub

 

Xorvatiya yanvarın 1-dən Şengen zonasına və Avrozonaya qoşulub. Ölkə milli valyutasını kunadan avroya keçirdi və Avrozonada 20-ci ölkə oldu. Şengen zonasında isə Xorvatiya 400 milyona qədər insanın üzv dövlətlər arasında sərbəst hərəkət edə biləcəyi 27-ci ölkədir.

“BBC”nin yazdığı kimi, ekspertlər hesab edir ki, Avrozonaya daxil olmaq Xorvatiyanın iqtisadiyyatını qorumağa kömək edəcək. Lakin xorvatlar özləri avroya keçidin qiymətlərin artmasına səbəb olacağından ehtiyat edirlər. Noyabrda Xorvatiyada inflyasiyanın səviyyəsi 13,5%-ə çatıb ki, bu da bütün Avrozonadakından üç dəfə yüksəkdir.

Keçid 14 günlük dövr ərzində kuna ölkədə dövriyyədə qalacaq ki, əhali onu avroya dəyişdirə bilsin.

Xorvatiya 2013-cü ilin iyulun 1-də Avropa İttifaqına üzv olub.