Xilasedicilər yol-nəqliyyat hadisəsi zamanı Kür çayına düşən avtomobilin iki sərnişininin cəsədini çıxarıblar, bir nəfərin axtarışı isə davam etdirilir
Xilasedicilər yol-nəqliyyat hadisəsi zamanı Kür çayına düşən avtomobilin iki sərnişininin cəsədini çıxarıblar, bir nəfərin axtarışı isə davam etdirilir

Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri dünən Tbilisidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Kür çayına düşən avtomobilin iki sərnişininin cəsədini aşkar ediblər. Məlumatı Fövqəladə Halların İdarə Olunması Xidməti yayır.

Onların məlumatına görə, cəsədlər artıq sudan çıxarılıb və bütün müvafiq hüquqi prosedurlar aparılır.

Kür çayının dibindən avtomobil də çıxarılıb.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, bir nəfərin axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam edir.

“Xilasedici tədbirə yanğınsöndürən-xilasedicilərlə birlikdə, dalğıc qrupu, su nəqliyyat vasitələri və Daxili İşlər Nazirliyinin müvafiq bölmələri də cəlb olunub.

Bildiriş aldıqdan sonra yanğınsöndürən-xilasedicilər axtarış-xilasetmə əməliyyatına başlayıb, nəticədə bir nəfərin sudan sağ-salamat çıxarılması mümkün olub.

“Axtarış-xilasetmə əməliyyatı zamanı həmçinin bir kişi və bir qadının cəsədi tapılıb, onlar ekspertizaya göndərilib”, – Fövqəladə Halların İdarə Olunması Xidmətinin yaydığı məlumatda deyilib.