Xilasedicilər yol qəzasında Kür çayına düşmüş avtomobilin üçüncü sərnişinin cəsədini çıxarıblar
Xilasedicilər yol qəzasında Kür çayına düşmüş avtomobilin üçüncü sərnişinin cəsədini çıxarıblar

Kür çayında xilasedicilər Qiorqi Şamugianın cəsədini tapıblar.

Bu barədə məlumatı Fövqəladə Halların İdarə Olunması Departamenti təsdiqləyir.

Onların söylədiyinə görə, axtarış-xilasetmə tədbirləri 14 may tarixindən davam edirdi.

Məlumat üçün bildirək ki, 14 may tarixində Tbilisidə, Kür çayının sol sahilində hərəkət edən və içində dörd nəfər olan “Ford” markalı avtomobil, “Mercedes” markalı avtomobillə toqquşub və “Ford” markalı avtomobil Kür çayına düşüb. Xilasedicilər bir nəfəri xilas edə bildilər, üç nəfər isə həlak oldu. Hazırda üç cəsəd də tapılıb.