Xersonda raket hücumu nəticəsində həlak olanların sayı on nəfərə çatıb

21:32, 24.12.2022

 

Xersonda raket hücumu nəticəsində həlak olanların sayı on nəfərə çatıb. 55 nəfər xəsarət alıb, onlardan 18-nin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 6 yaşlı uşaq da var.

Rus qüvvələri bu gün səhər saatlarında şəhərə hücum ediblər.

Prezident Volodimir Zelenski sosial şəbəkədə hadisəyə münasibət bildirib və faktı əks etdirən foto-material paylaşıb.

Oxşar