Xersonda raket hücumu nəticəsində 8 nəfər həlak olub, 57 nəfər yaralanıb
Xersonda raket hücumu nəticəsində 8 nəfər həlak olub, 57 nəfər yaralanıb

 

Xersonda raket hücumu nəticəsində 8 nəfər həlak olub, 57 nəfər yaralanıb, onlardan 16-nın vəziyyəti ağırdır. Ukrayna mətbuatı məlumatın Prezident Administrasiyasında təsdiqlənməsinə dair məlumat yayır.

Yayılmış məlumata əsasən rus qüvvələri bu gün səhər saatlarında şəhərə hücum ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hadisəyə münasibət bildirib və faktı əks etdirən görüntüləri yayıb.

“Sosial şəbəkələr yəqin ki, bu fotoları “həssas məzmun” kimi qeyd edəcək. Lakin bu “həssas məzmun” Ukrayna və ukraynalıların real həyatıdır. Terrorçu ölkə şənbə günü səhər, Milad ərəfəsində şəhərin mərkəzi hissəsində dinc sakinləri bombalayaraq “rus dünyasına” davam edir. Bunlar hərbi obyektlər deyil, qaydasız müharibədir. Bu terrorizmdir, hədə-qorxu və əyləncə məqsədilə öldürməkdir” – deyə Zelenski qeyd edir.