Xavier Kolomina - Qarabağdan gələn xəbərlər narahatedicidir, NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini tam dəstəkləyir
Xavier Kolomina - Qarabağdan gələn xəbərlər narahatedicidir, NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini tam dəstəkləyir

 

Qarabağdan gələn xəbərlər həqiqətən narahatedicidir, – bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina sosial şəbəkədə yazır.

O , NATO-nun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səyləri tam dəstəklədiyini bildirir.

“Xəbərlər həqiqətən narahatedicidir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səyləri tam dəstəkləyir ki, bu da Alyans üçün strateji əhəmiyyətə malik region olan Cənubi Qafqazın sabitliyinə və rifahına töhfə verəcək” – deyə Xavier Kolomina bildirib.

Media tərəfindən yayılmış məlumatda, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında toqquşmaların getdiyi, itkilərin olduğu deyilir.