Xavier Kolomina - İlia Darçiaşvili ilə görüşdə Avro-Atlantik inteqrasiya prosesini, regional hadisələri müzakirə etdik, NATO Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Vaşinqtonda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə görüşü haqda sosial şəbəkədə yazır.
Kolominanın qeyd etdiyi kimi, görüşdə Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesi və NATO-Gürcüstan tərəfdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
“Vaşinqtonda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə yaxşı görüşümüz oldu. Biz Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesini, NATO-Gürcüstan Əsas Paketi də daxil olmaqla NATO-Gürcüstan tərəfdaşlığının hazırkı statusunu və regional hadisələri müzakirə etdik. NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”-Xavier Kolomina yazır.
İlia Darçiaşvili Vaşinqtonda NATO-nun 75-ci yubiley sammitində iştirak edəcək.