Xaşuri-Axaltsixe-Vale yolunun ayrıca hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır
Xaşuri-Axaltsixe-Vale yolunun ayrıca hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır

Mürəkkəb meteoroloji şəraitlərə (çovğun, görmə qabiliyyətinin məhdudlaşdırılması) görə, beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 51km – 97km (Atskuri-Vale gömrüyü) hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyatın və M3 kateqoriyalı 22 oturacaqdan çox olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır.

Qeyd olunanla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.

Qurumdan verilən məlumata əsasən, digər növ avtonəqliyyatın hərəkəti sərbəstdir.

Avtomobil Yolları Departamentinin məlumatında deyildiyi kimi, avtomobil yolunun 1km- 50km (Xaşuri-Atskuri) hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir.