Xarkov Şəhər Şurasının sədri rusların Xarkovun mərkəzini bombaladığını, ölən və yaralananların olduğunu açıqlayıb

13:10, 30.08.2022

 

Xarkov Şəhər Şurasının sədri rusların Xarkovun mərkəzini bombaladığını, ölən və yaralananların olduğunu açıqlayıb.

Bu barədə Xarkov Şəhər Şurasının sədri İqor Terexov sosial şəbəkədə yazıb.

“Hazırda zərərçəkənlər haqqında məlumat yenilənir. Beş ölü və yeddi yaralı” – deyə Terexov yazır.

Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbov da Xarkov şəhərinin mərkəzinin bombalanmasından yazıb.

Onun sözlərinə görə, bombardman nəticəsində binalar dağılıb və sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Oxşar