Xarici medianın məlumatına görə, ABŞ hakimiyyəti Ukraynaya Çin və Braziliya sülhməramlılarının göndərilməsi təklifi ilə çıxış edir
ABŞ hakimiyyəti Ukraynaya Çin və Braziliya sülhməramlılarının göndərilməsi təklifi ilə çıxış edir. Bu barədə “The Economist” məlumat yayır.
Nəşrin məlumatına görə, ABŞ hökumətində düşünürlər ki, Ukraynada atəşkəsdən sonra sülh prosesinin təmin edilməsində təkcə Avropa qüvvələri iştirak etməməlidir. Medianın yazdığına görə, bu qüvvələr gələcək atəşkəs xətti boyunca yerləşdirilə bilər.
“The Economist”in məlumatına görə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens avropalı liderlərinə deyib ki, sadəcə Avropa kontingenti Rusiyanın təcavüzünün qarşısını almaqda daha az təsirli olacaq.