Xarici media – Rusiya qazının Avropa İttifaqına tədarükü minimuma endirilib

20:51, 14.04.2025

Rusiya qazının Avropa İttifaqına tədarükü minimuma endirilib. Bu barədə “Deutsche Welle” məlumat yayır.

2025-ci ilin birinci rübü ərzində Rusiyadan Avropa İttifaqına 10,458 milyard kubmetr qaz daxil olub ki, bu da 1980-ci ildən bəri ən aşağı göstəricidir. O zaman Sovet İttifaqı Qərbi Avropaya il ərzində 50 milyard kubmetr qaz tədarük etdi, bundan sonra qaz idxalının həcmi kəskin artmağa başladı.

Bir rübdə 10 milyard kubmetr qaz idxalı da Ukraynada müharibə başlayandan bəri ən aşağı göstəricidir, həmçinin, 2025-ci ilin birinci rübündə Avropa İttifaqına qaz idxalı əsasən Norveç və ABŞ-dan həyata keçirilib.

Oxşar