Xarici media - İranda davam edən etiraz aksiyaları zamanı iğtişaşlar nəticəsində bir neçə nəfər həlak olub
Xarici media - İranda davam edən etiraz aksiyaları zamanı iğtişaşlar nəticəsində bir neçə nəfər həlak olub

İranda davam edən etiraz aksiyaları zamanı iğtişaşlar nəticəsində bir neçə nəfər həlak olub, – bu barədə “BBC” yazır.

Etiraz aksiyaları dekabrın 28-də Tehranda mağaza sahiblərinin tətilindən sonra başlayıb, bu tətil ölkədə mövcud ağır iqtisadi böhrana qarşı yönəlmişdi və bunun ardınca bütün ölkə miqyasında nümayişlər keçirilib.

Mağaza sahibləri İran valyutasının ABŞ dollarına nisbətdə rekord dərəcədə aşağı səviyyəyə düşməsinə etiraz edirdilər.

İran mediası “Fars” məlumat yayıb ki, Lordeqan şəhərində etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurma nəticəsində iki nəfər həlak olub. Lorestan əyalətində isə üç nəfər həlak olub.

Hengaw insan haqları qrupu İsfahan əyalətində bir etirazçının öldürüldüyünü bildirib.

Nümayişçilər ölkənin ali liderinin hakimiyyətinə son qoyulmasını tələb edirdilər.

Ölkədə miqyasında məktəblər, universitetlər və dövlət müəssisələri bağlanıb.

İranda etiraz aksiyası beş gündür ki, davam edir. “BBC”nin yazdığına görə, bu, İranda 2022-ci ildən bəri ən genişmiqyaslı etiraz aksiyasıdır.