Xarici media - İordaniyada partlayış nəticəsində iki mülki şəxs yaralanıb
Xarici media - İordaniyada partlayış nəticəsində iki mülki şəxs yaralanıb

İordaniyada partlayış nəticəsində iki mülki şəxs yaralanıb.

Bu barədə “CNN” İordaniyanın dövlət mediasına istinadən yazır.

Medianın məlumatına görə, İordaniyanın şimalında yerləşən İrbid şəhərində baş verən partlayış nəticəsində iki mülki şəxs yaralanıb.

Dövlət televiziyası tərəfindən yayılan kadrlarda insident zamanı zədələnmiş bina da görünür.

İordaniya Silahlı Qüvvələrinin yaydığı bəyanatda hava hücumundan müdafiə sistemlərinin bir neçə raket və dron vurduğu deyilib.