Xaricdə olan Gürcüstan vətəndaşları may ayında passportları pulsuz alacaqlar
Xaricdə olan Gürcüstan vətəndaşları mayın birindən iyunun birinə qədər passportları pulsuz alacaqlar. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayır.
“Passportların pulsuz alınması xaricdə olan həmvətənlilərimiz üçün önəmli güzəştdir. Müddəti keçmiş passportları olan Gürcüstan vətəndaşları sərhədi keçə bilmirlər və seçkilərdə işirak edə bilmirlər. Ədliyyə Nazirliyi aksiya çərçivəsində bu problemi də həll edəcək”, – Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.
Biometrik passportların alınması üçün Gürcüstan vətəndaşları, xaricdə olan Gürcüstanın diplomatik nümayəndəliyinə müraciət edə bilərlər.