Xalq Müdafiəçisi - Riğe Park ərazisində baş vermiş faciəvi hadisəyə görə məsuliyyət məsələsini müəyyən etmək üçün aidiyyatı qurumları vaxtında və hərtərəfli istintaq aparmağa çağırırıq
Xalq Müdafiəçisi - Riğe Park ərazisində baş vermiş faciəvi hadisəyə görə məsuliyyət məsələsini müəyyən etmək üçün aidiyyatı qurumları vaxtında və hərtərəfli istintaq aparmağa çağırırıq

Xalq müdafiəçisi Tbilisidə Riğe parkı yaxınlığında yerləşən ərazidə yeniyetmənin ölümü ilə nəticələnən faciəvi hadisə ilə bağlı dərin məyusluğunu ifadə edir, – bu barədə Levan İoselianinin mətbuat xidmətinin yaydığı məlumatda deyilib.

Xalq müdafiəçisinin bildirdiyi kimi, bu hadisə bütün cəmiyyətin faciəsidir.

“Həlak olanın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Aidiyyatı qurumları vaxtında və hərtərəfli istintaq aparmağa və baş vermiş faktla bağlı məsuliyyət məsələsini müəyyən etməyə çağırırıq. Xalq müdafiəçisi bu faciəvi hadisəni istər qurumlar tərəfindən görülə biləcək qabaqlayıcı/cavab tədbirləri, istərsə də hadisə ilə bağlı cinayət işi üzrə istintaq zamanı həyata keçirilən tədbirlərlə bağlı hərtərəfli araşdıracaq və bütün lazımi tədbii görəcək”, – xalq müdafiəçisinin bəyanatında deyilib.