Xalq Müdafiəçisi - Aparatımız 22 mayda saxlanılanlarla bağlı hüquqi tədbirlər üçün İstintaq Xidmətinə müraciət edib və hüquqi prosesin monitorinqini davam etdirəcək
Mayın 22-də Xalq Müdafiəçisinin nümayəndələri Tbilisi Şəhər Məhkəməsi yaxınlığında inzibati qaydada saxlanılan iki şəxsi ziyarət ediblər.
Xalq Müdafiəçisi Aparatının məlumatına görə, saxlanılanlar polis tərəfindən mümkün güc tətbiqi və qeyri-insani rəftar barədə ərizə veriblər.
“Onlardan birinin bədənində görünən xəsarətlər, əsasən qollarında və ayaqlarında şişkinliklər, qızartılar, qançırlar və cızıq yaralar olub. Artıq Xalq Müdafiəçisi Aparatı kobud rəftar faktlarına görə müvafiq hüquqi cavab verilməsi məqsədi ilə Xüsusi İstintaq Xidmətinə müraciət edib və davam edən məhkəmə prosesinin monitorinqi davam etdiriləcək. Hüquq pozuntuları ilə bağlı mövcud məlumatı Xalq Müdafiəçisinin aparatının 1481- qaynar xətt nömrəsinə təqdim edə bilərsiniz”, – yayılan məlumatda deyilib.