Wings for Life World Run 2018-də Kaxetidə qaçış üçün 7 000 iştirakçı qeydiyyatdan keçdi
Wings for Life World Run 2018-də Kaxetidə qaçış üçün 7 000 iştirakçı qeydiyyatdan keçdi

Dünya idmanının tarixində ən miqyaslı xeyriyyə tədbiri, dünya qaçışı, mayın 6-da, saat 15:00-da Kaxetidə, Lopota döngəsindən artıq beşinci dəfə başlayacaq.

Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, bu il Kaxetidə qaçış üçün 7 000 iştirakçı qeydiyyatdan keçdi.

Wings for Life World Run 2018-in təşkilatçısı Mədəniyyət və İdman Nazirliyidir. Tədbir Gürcüstanın ilk demokratik respublikasının 100 illiyinə həsr olunur. Layihə “İdman hamı üçün” milli federasiyasının həmtəşkilatçılığı ilə həyata keçirilir.

Dünya qaçışında Gürcüstanın Mədəniyyət və İdman naziri Mixeil Qiorqadze iştirak edir.

2018-ci ildə Gürcüstanda yüyürəcəklər: Gürcüstanın qalibili – Giorgi Şekrelidze (35.43 km), Almaniyanın qalibi – Sebastian Holman (68.47 km), Türkiyənin qalibi – Veysi Aslan (57,51 km), Polşanın qalibi – Yoşa Zakrjevski (52,26 km), 2016-cı ilin Kaxetinin qalibi – Yana Xmeleva (34,95 km), 2014-2015-ci illərin Kaxetinin qalibi – Anatoli Oleynikov.

Qeydiyyatdan keçmiş iştirakçılar fərdi nömrələrini maykalarına bərkidəcəklər. Qaçışın nəticələrinə Avstriyanın Zalsburq şəhərindən nəzarət ediləcək. Hər beş kilometrdən bir iştirakçı sərinləşdirici içki və meyvə ilə rastlaşacaq.

İştirakçıların qeydiyyatdan keçməsi 2017-ci ilin oktyabrında başladı və mayın 3-də qədər, www.wingsforlifeworldrun.com saytiında davam edirdi. Gürcüstanda iştirak etmək dəyəri 30 lari idi. Tədbirdən daxil olan məbləğ tamamilə Wings for Life-ın fonduna köçürüləcək.

Tədbirin feysbuk səhifəsi: Wings for Life World Run 2018-Kakheti, Georgia-dır.

Wings  for Life World Run-un media partnyoru Birinci Kanaldır. Bu gün səhərdən, marafona, dünya onurğa beyni zədələnmiş insanlara yardım üçün Birinci Kanalın komandası qatılacaq.

Birinci Kanal marafona qoşulmuş bütün iştirakçıya “fotolive” vasitəsi ilə yürüşün nəticələrini ictimaiyyətə paylaşmağa imkan verir.