“Washington Post” – Ukrayna Amerikanın “Abrams” tanklarını 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində alacaq
“Washington Post”un məlumatında Ukraynanın Amerikanın “Abrams” tanklarını 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində alacağı deyilir. Nəşrin müəllifləri Ukraynaya Qərb tanklarının tədarükü ilə bağlı danışıqlarda bu və ya digər şəkildə iştirak edən rəsmilərlə söhbət ediblər, onlar Berlinin “Leopardlar” göndərməkdən imtina edəcəyinə görə ABŞ-ın “Abrams”ın çatdırılmasını elan etdiyini etiraf ediblər.
Nəşrin məlumatında döyüş maşınlarının Amerika ordusunun anbarlarından götürülməyəcəyi, istehsalçıdan yenilərinin sifariş ediləcəyi deyilir.
Məqalədə qeyd olunur ki, “Abrams” urandan istifadə mühafizəsi olmadan istehsal olunur. Həmsöhbətlər bu qərarı uran zirehinin gizli texnologiya olması və Pentaqonun Rusiyanın əlinə keçməsini istəməməsi ilə izah ediblər.