“Washington Post” – ABŞ müəyyən şərtlərə əməl etsəydi, İran uranın zənginləşdirilməsini 2015-ci il “nüvə sazişində” nəzərdə tutulan səviyyəyə gədər endirməyə hazır idi
“Washington Post”un mılumatına görə, ABŞ müəyyən şərtlərə əməl etsəydi, İran uranın zənginləşdirilməsini 2015-ci il “nüvə sazişində” nəzərdə tutulan səviyyəyə gədər endirməyə hazır idi.
Nüfuzlu Amerika nəşrinin xəbər verdiyinə görə, bunun müqabilində Tehran ABŞ-dan İranın nüvə enerjisi sektoruna qarşı tətbiq edilmiş sanksiyaların yüngüləşdirilməsini, İranın dondurulmuş çox miliyard dollarlıq aktivlərinə əlçatanlığını və Vaşinqton tərəfindən İran neftinin çinli alıcılarına təzyiqinə son qoymasını tələb edirdi.
Tramp administrasiyası üçün bu şərtlərin yerinə yetirilməsinin nə dərəcədə məqbul olacağı hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, aprelin 12-də Omanın paytaxtında ABŞ və İran arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirdi. Vasitəçi Omanın Xarici İşlər Nazirliyinin rəhbəri olub.
Uitkoffun bildirdiyinə görə, danışıqlar müsbət və konstruktiv keçib. İranın xarici işlər naziri də analoji qiymət verib.
“New York Times”ın məlumatına görə, danışıqlar zamanı Uitkoff İrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb etməyib. Bunun əvəzinə o, İranın əlində olan urandan silah olaraq istifadə etməmək təklifi ilə çıxış edib.