“Wall Street Journal” – Ukraynanın Prezident Ofisi tərəfindən hazırlanmış “Qələbə Planı” ABŞ Administrasiyasında təəssürat oyatmayıb
Ukraynanın Prezident Ofisi tərəfindən hazırlanmış “Qələbə Planı” ABŞ Administrasiyasında təəssürat oyatmayıb.
Bu haqda “Wall Street Journal” yazır.
Nəşrin məlumatında, Co Baydenin Administrasiyasının Ukrayna Prezidentinin Vaşinqtona dəstəkləməyi təklif etdiyi “Qələbə Planı”ndan narazı olduğu deyilir.
Nəşr Co Baydenin Administrasiyasının yüksək vəzifəli şəxslərinə istinadən yazır ki, Ağ Evdə “Qələbə Planı”nda hərtərəfli strategiyanın olmamasından, təkliflərin daha çox silahın çatdırılması və uzun mənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı olmasından narahatdırlar.
“Bu, təsir edici deyil, bu planda elə də çox yenilik yoxdur” – nəşrin respondentlərindən biri deyib.
“Wall Street Journal”ın mənbələri qeyd ediblər ki, Volodimir Zelenskinin təklifləri kompromisi nəzərdə tutmur, diplomatiya və siyasətə həsr olunmuş hissədə isə təfərrüatlar verilmir.
Volodimir Zelenskinin Vaşinqtonda təqdim etməyi planlaşdırdığı “Qələbə Planı” hələ dərc edilməyib.