"Wall Street Journal" - İsrail İranın nüvə obyektlərinə qarşı əməliyyatı iki həftə ərzində həyata keçirməyi planlaşdırır
İsrail iki həftə ərzində İrandakı nüvə obyektlərinə qarşı əməliyyat keçirməyi planlaşdırır, – bu barədə “Wall Street Journal” məlumat yayır.
Nəşrin adının çəkilməsini istəməyən İsrailin yüksək rütbəli şəxsinə istinadən yazdığı kimi, 14 günlük proqnoz ekspert qiymətləndirmələrinə əsaslanır, çünki İranın nüvə proqramına ciddi ziyan vurmaq üçün bir neçə gün kifayət etmir.
Nəşr qeyd edir ki, İsrail kompleks şəkildə hərəkət edir və Tehranın cavab hərbi əməliyyatlarını məhdudlaşdırmaq üçün eyni vaxtda həm nüvə, həm də hərbi obyektlərə və rəhbərliyə zərbələr endirilir.“The Wall Street Journal” yazır ki, İsrail 2024-cü ilin payızında Livanda “Hizbullah”ın infrastrukturunu bombalayarkən və təşkilatın liderlərini zərərsizləşdirərkən oxşar üsuldan istifadə edib.