“Wall Street Journal” – Avropa liderləri ehtimal ki, müharibənin başa çatdırılması üçün öz “sülh planı”nı işləyib hazırlayırlar və bu plan Ukrayna üçün daha ədalətli şərtləri nəzərdə tutur
Bir qrup Avropa lideri ehtimal ki, Rusiya-Ukrayna müharibəsini bitirmək planının fərqli bir variantı üzərində işləyir. Bu plan, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış 28 bəndlik sənəddə nəzərdə tutulandan daha ədalətli şərtlərlə Ukrayna üçün hazırlanıb. Bu barədə “The Wall Street Journal” məlumat yayır.
Medianın yazdığına görə, Avropa liderləri müharibənin dayandırılması ilə bağlı alternativ təklifin Ukrayna üçün daha məqbul olacağına və Kiyevin onların planını dəstəkləyəcəyinə ümid edirlər.
Bununla yanaşı, “The Wall Street Journal”ın məlumatına görə, avropalılar “Avropa planı” üzərində işlərin yaxın günlərdə tamamlanacağını gözləyirlər.