Vyetnamda “Yagi” tayfunu nəticəsində qurbanların sayı 226-ya qədər artıb, azı 800 nəfər xəsarət alıb

22:38, 12.09.2024

 
Vyetnamda “Yagi” tayfunu nəticəsində qurbanların sayı 226-ya qədər artıb, azı 800 nəfər xəsarət alıb. Məlumatı “Reuters” yayır.

Vyetnamın Fəlakətlərin İdarəedilməsi Agentliyinin məlumatına əsasən, “Yagi” tayfunu nəticəsində torpaq sürüşməsi və daşqınlara görə azı 100 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakətə görə ölkənin bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fəlakətlərin İdarəedilməsi Agentliyinin məlumatına əsasən, torpaq sürüşmələri və daşqınlar Vyetnamın şimalında 200 000 hektardan çox əkin sahəsini su altında qoyub. Avstraliya, Yaponiya, Cənubi Koreya və ABŞ da daxil olmaqla bir neçə ölkədə Vyetnama yardım göndərəcəklərini bildiriblər.

Vyetnamdan əvvəl “Yagi” tayfunu Cənubi Çini və Filippini vurmuşdu, burada təbii fəlakət nəticəsində azı 24 nəfər həlak olub.

Oxşar