Volodimir Zelenski - Yeni və güclü sanksiyalar qərarına görə ABŞ-a minnətdarıq, buna ehtiyac var
Volodimir Zelenski - Yeni və güclü sanksiyalar qərarına görə ABŞ-a minnətdarıq, buna ehtiyac var

Biz Amerika Birləşmiş Ştatlarının yeni və olduqca güclü sanksiyalar tətbiq etmək qərarına görə minnətdarıq- deyə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun fikrincə, sanksiyaların gücü dünyanın gücüdür.

“Lazım olan budur. Sanksiyaların gücü dünyanın gücüdür. Bu məqsədlə biz tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Vahid dünya güclənməlidir” – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, sanksiyalar elə işləməlidir ki, Rusiyanın onlardan yan keçmək imkanı olmasın.

ABŞ Rusiyanı hərbi texnologiya ilə təmin edən 130 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.