Volodimir Zelenski – Xəzər dənizində İrandan Rusiyaya hərbi yük daşıyan gəmilərə hücum həyata keçirdik
Ukrayna Xəzər dənizində İrandan Rusiyaya hərbi yük daşıyan gəmilərə zərbə endirib, – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sosial şəbəkədə yazdığına görə, Ukrayna uzaqmənzilli zərbələr nəticəsində Xəzər dənizində çox yaxşı nəticələr əldə edib.
“Xüsusilə, söhbət İrandan hərbi yüklərin daşınmasında iştirak edən gəmilərdən, həmçinin bir hərbi gəmidən gedir”, – Ukrayna prezidenti qeyd edib.
Bununla yanaşı, Zelenskinin bildirdiyinə görə, Ukrayna sərhədindən təxminən 1200 kilometr məsafədə yerləşən və Rusiya silahları üçün zəruri komponentlər istehsal edən Kirov vilayətindəki zavoda da zərbə endirilib.