Volodimir Zelenski Xersona gedib

14:27, 14.11.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski Xerson şəhərinə gedərək əsgərlər qarşısında çıxış edib. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

“Biz irəliləyəcəyik. Biz sülhə, bütün ölkəmizin sülhü üçün hazırıq” – deyə Zelenski Xersonun əsas meydanında bildirib.

Zelenski NATO və digər müttəfiqlərə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edərək, ABŞ-dan yüksək mobil artilleriya raket sistemlərinin (HIMARS) çatdırılmasının Kiyev üçün böyük fərq yaratdığını qeyd edib.

Ukrayna qüvvələrinin gələcəkdə hara irəliləyə biləcəyi ilə bağlı suala Ukrayna prezidenti belə cavab verib: “Moskva yox… Bizi başqa ölkələrin əraziləri maraqlandırmır”.

Ukrayna ordusu noyabrın 11-də Xersona daxil olub.

Oxşar