Volodimir Zelenski Vaşinqtona getməzdən əvvəl Kanadanın baş naziri, NATO-nun baş katibi və Almaniya kansleri ilə danışıb
Volodimir Zelenski Vaşinqtona getməzdən əvvəl Kanadanın baş naziri, NATO-nun baş katibi və Almaniya kansleri ilə danışıb

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona getməzdən əvvəl Kanadanın baş naziri Mark Karni, NATO-nun baş katibi Mark Rutte və Almaniya kansleri Fridrix Mertslə danışıb.

<Volodimir Zelenskinin söylədiyinə görə, telefon danışığı zamanı o, liderlərə ABŞ-la diplomatik işin vəziyyəti və artıq hazır olduğunu söylədiyi ilk sənədlər barədə məlumat verib.

Zelenskinin bildirdiyinə görə, bu danışıqlar məzmunlu olub və bu danışıqlar zamanı mövqelər uzlaşdırılıb.

Məlumat üçün bildirək ki, Donald Tramp və Volodimir Zelenski arasında dekabrın 28-də Vaşinqtonda görüş planlaşdırılıb.