Volodimir Zelenski – ümumi uzunluğu 2000 kilometrdən çox olan cəbhənin bir çox hissələrində şiddətli döyüşlər gedir

10:42, 26.09.2022

 

Ümumi uzunluğu 2000 kilometrdən çox olan cəbhənin bir çox hissələrində şiddətli döyüşlər gedir-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində açıqlayıb.

Ukrayna prezidenti bildirib ki, Rusiya cinayətkar səfərbərlikdən təkcə Ukraynada insanların iztirablarını uzatmaq və dünyanı daha da gərginləşdirmək üçün deyil, həm də hazırda Rusiya Federasiyasının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan yerli xalqların kişilərini fiziki olaraq məhv etmək üçün istifadə edir.

“İşğal altındakı Krımda fəlakətli vəziyyət. Krım tatarları ilə bağlı məlumatlar tam təsdiqini tapıb. Bu, Rusiyanın soyqırım siyasətinin daha bir elementidir. Eyni şey Rusiyanın öz ərazisində də baş verir. Bu, hesablanmış imperiya siyasətidir. Bu, məsələn, Dağıstan və bütün Qafqaz xalqlarına, Sibirin və digər ərazilərin yerli xalqlarına zərbədir. Biz xüsusən də Dağıstanda insanların canları üçün mübarizə aparmağa başladıqlarını görürük. Görürük ki, onlar bunun həyat məsələsi olduğunu anlamağa başlayıblar. Niyə onların həyat yoldaşları, qardaşları, oğulları bu müharibədə həlak olmalıdır? Bir adamın istədiyi müharibədə. Xalqımıza qarşı, torpağımızda aparılan müharibədə. Övladlarını müharibəyə göndərmir. Övladlarınızın ölümə göndərilməməsi üçün mübarizə aparın – bacara bilən hər kəs bu cinayətkar rus səfərbərliyini alt etsin. Çünki əgər uşaqlarımızın canını almağa gəlsəniz -bir ata olaraq deyirəm- sağ buraxmayacağam. Bir daha vurğulamaq istəyirəm: bir həll yolu var, cinayətkar səfərbərliyə boyun əyməyin. Ya qaçın, ya da ilk fürsətdə Ukraynaya əsir kimi təslim olun” – deyə Volodimir Zelenski bildirib.

Oxşar